Ru
16:03 / 04 İyun 2026

Rusiyanın Ermənistan qərarı Azərbaycana dərs olmalıdır

Rusiyanın Ermənistan qərarı Azərbaycana dərs olmalıdır
Eye

Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Boris Titov bildirib ki, Rusiya Ermənistan məhsullarını Azərbaycandan gələn tədarüklərlə əvəz edəcək və kənd təsərrüfatı sektorunda Azərbaycan Rusiyaya Ermənistandan daha çox məhsul tədarük etmək iqtidarındadır.

Maraqlıdır ki, Rusiya illər boyu Azərbaycan kənd təsərrüfatı məhsullarına müxtəlif səbəblərlə məhdudiyyətlər tətbiq etdiyi halda, indi Azərbaycanın istehsal potensialını ön plana çıxarır. Sanki Azərbaycanla Ermənistan arasında indi də “iqtisadi rəqabət” yaratmağa çalışır.

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Axar.az-a açıqlamasında Ermənistana hazırda tətbiq edilən sanksiyalardan vaxtaşırı olaraq Azərbaycana qarşı da istifadə edildiyini bildirib.

“Rusiya Azərbaycandan gələn kənd təsərrüfatı məhsullarında müxtəlif uydurma problemlər aşkarladığını iddia edərək, dəfələrlə bizə qarşı idxal məhdudiyyəti tətbiq edib. Ona görə də hesab edirəm ki, biz bu məsələdən müəyyən dərs çıxarmalıyıq”, - o bildirib.

N.Cəfərli vurğulayıb ki, Ermənistan məhsullarına məhdudiyyət Rusiyada Azərbaycan məhsullarına tələbatın artmasına səbəb ola bilər:

“Amma unutmaq olmaz ki, Rusiya gələcəkdə eyni addımları Azərbaycana qarşı da ata bilər, necə ki, bu vaxta qədər təzyiq vasitəsi kimi bunu edib. Buna görə də alternativ bazarlara, xüsusilə Körfəz ölkələrinə, Pakistana və digər ölkələrə çıxış imkanlarını genişləndirməyə çalışmalıyıq. Kənd təsərrüfatı məhsullarımız yalnız Rusiya bazarından asılı olmamalıdır”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar