Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan”ın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təbii qazın nəqli 60 saat müddətinə, yerli vaxtla iyulun 24-ü saat 07:00-dan iyulun 26-sı saat 19:00-dək dayandırılacaq.
Qaz nəqlinin dayandırılmasına “Şimali Qafqaz - Zaqafqaziya” magistral qaz kəmərinin Gürcüstan ərazisindən keçən “Qazax-Sağuramo” hissəsində aparılan təmir işləri səbəb olub.
Şirkət vurğulayıb ki, istehlakçılar qaz təchizatında fasilə hiss etməyəcəklər. Tələbat daxili ehtiyatlar və İrandan əlavə tədarüklər hesabına təmin ediləcək.
Lalə,
BakuPost