Xarici vətəndaşlar tərəfindən Rusiyanın yol hərəkəti qaydalarının sistematik şəkildə pozulması, onların gələcəkdə ölkədə qalmasının arzuolunmazlığı barədə qərar qəbul etmək üçün əsas ola bilər.
Bakupost.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "RIA Novosti" məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, əcnəbi vətəndaş üç il ərzində iki dəfə və ya daha çox dəfə, o cümlədən yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilərsə, Rusiyaya giriş məhdudiyyəti ilə üzləşə bilər - müvafiq norma federal miqrasiya qanunvericiliyində təsbit edilib.
Məlumata görə, əcnəbilər müxtəlif yol hərəkəti qaydalarını pozduqlarına, o cümlədən texniki baxışdan keçmədən avtomobil idarə etməyə, piyadalara yol verməməyə, dövlət nömrə nişanlarının quraşdırılması qaydalarına əməl etmədiklərinə görə 3 il müddətinə ölkəyə giriş qadağası ilə üzləşəcəklər.