Ru
21:02 / 03 Mart 2026

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Sabah qaz kəsiləcək - Bu ərazilərdə
Eye

Şabran və Xaçmazda aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar Şabran və Xaçmaz rayonlarında ümumilikdə 2 080 abonentin qaz təchizatı dayandırılacaq.

Bakupost.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Şabran Xidmət Sahəsinin Zeyvə xətti adlanan qaz kəmərində balans ölçü qovşağının quraşdırıması ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə 9 kənd olmaqla (Zeyvə, Gilavar, Pirəbədil, Zöramlı, Sumağa, Dağbilici, Mumlu, Qorğan, Sumaqova) ümumilikdə 999 abonentin qaz təchizatında fasilə yaranacaq.

Həmçinin Xaçmaz Xidmət Sahəsinin Xudat ərazisi olan İsti Su qəsəbəsi istiqamətində çəkilmiş qaz xəttinin mövcud olan şəbəkəyə qoşulması ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması planlaşdırılıb. Qaz təchizatı dayandırılan müddətdə İsti Su qəsəbəsi, Nizami, H.Aslanov və S.Vurqun küçələri olmaqla ümumilikdə 1 081 abonentin qaz təchizatında fasilə yaranacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar