12:40 / 24 Noyabr 2021

Sabiq bələdiyyə sədri 14 min mənimsəyib

330
Zaqatala bələdiyyəsinin sabiq sədrinə cinayət işi başlanılıb.

Bu barədə Bakupost.az -a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, rayonun Bəhmətli kənd bələdiyyəsinin sabiq sədrinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna müraciət daxil olmuşdur.

Aparılmış araşdırmalarla bələdiyyənin sabiq sədri Həsrət Musayevin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2018-2021-ci illər ərzində ümumilikdə 13 min 856 manat məbləğində bələdiyyə vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 179.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər