Ru
13:06 / 07 Noyabr 2019

Sabiq icra başçısı Ramiz Mehdiyevə göndərdiyi teleqramları paylaşdı

6542
Naftalanın keçmiş icra başçısı, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Musa Musayev Prezident Admnistrasiyasına (PA) onlarla teleqram ünvalayıb.

BakuPost.az xəbər verir ki, bu barədə o, özü məlumat yayıb. PA-nın yeni rəhbəri Samir Nuriyevi təbrik edən Musa Musayev bundan sonra admnistrasiyaya ünvanlanan məktub və teleqramların aiddiyatı ünvanlara çatdırlacağına ümid etdiyini bildirib:


"Prezident Admnistrasiyasının yeni rəhbəri hörmətli Samir Nuriyevi səmimi qəlbdən təbrik edirəm. Ona bu məsuliyyətli işində müvəffəqiyyətlər və yeniliklər arzu edirəm.

Mən inanıram ki, bundan sonra Prezident Admnistrasiyasına daxil olan məktublar və teleqramlar rayon icra hakimiyyətlərinə deyil, aidiyyəti ünvana çatdırlacaq.

Mənim cənab Prezident İlham Əliyevə, hörmətli Birinci vitse-prezident Mehriban Əliyevaya və Prezident Admnistrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə göndərdiyim məktublar və teleqramlar Yasamal Rayon İcra Hakimiyyətinə yönəldilib”.

Musa Musayev göndəridiyi məktub və teleqramların mətnini açıqlamayıb. Amma onların fotolarını paylaşıb:




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər