Ru
12:10 / 09 Sentyabr 2025

Sabir Rüstəmxanlı Ukrayna yazıçısı ilə görüşdü

Sabir Rüstəmxanlı Ukrayna yazıçısı ilə görüşdü
Eye

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı Ukrayna yazıçısı Aleksandr Krasoviçki ilə görüşüb.


Bakupost.az xəbər verir ki, Sabir Rüstəmxanlı Rusiya–Ukrayna müharibəsində çoxsaylı insan tələfatını, şəhər və kəndlərin dağıdılmasını ürək ağrısı ilə izlədiyini bildirib. O, qəhrəman Ukrayna xalqına haqq mübarizəsində uğurlar və bölgəyə sülh arzulayıb.

Aleksandr Krasoviçki isə öz növbəsində Ukraynaya göstərilən dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib. O, xalqların müstəqillik və azadlıq uğrunda apardıqları mübarizə tarixi ilə bağlı kitab yazdığını və həmin kitabda SSRİ-nin dağılması ərəfəsində Azərbaycanda baş verən hadisələrə də yer ayıracağını bildirib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar