Ru
22:27 / 02 Noyabr 2021

Şagirdi döyən direktorun məktəbində jurnalistlərə hücum etdilər - VİDEO

29178

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva şagirdi döyərək, ona xəsarət yetirib.


Bakupost.az xəbər verir ki, APA TV məsələni aydınlaşdırmaq üçün Abşeron rayon Təhsil şöbəsi və 1 nömrəli tam orta məktəbdə olub.

Lakin məktəbdə çəkilişə icazə verilməyərək, jurnalistlərə hücum edilib.

Həmin görüntüləri təqdim edirik:



Sevinc Vaqifqızı,
Faiq Həsənov,
APA TV

Şərhlər
  • Fəxrəddin

    Bu direktor bütün işlərini şər, böhtan, şantajla həyata keçirir. Məktəbdə istədiyini edir. 30-dan çox məhkəmə işi var bu direktorla bağlı. Naziri belə saymır. Yerinə təyin edilən yeni direktoru məktəbdən qovur...

  • Müəllim

    Jurnalisi həyasızlıq etməməli,davranışına diqqət etməlidir.Əfsus ki, belələri ortada kifayət qədərdir.

  • Rəhim

    Ana da keçdi yalana, direktor xox gələn kimi əvvəl dediklərini dandı, mən 100% əminəm ki, direktor uşağı vəhşicəsinə döyüb, uşağın boyun-boğazındakı zolağlardan bu açıq-aydın görünür. Məktəbin mühafizəçisi də özünü qoçu kimi aparır, çəkiliş qrupu gəlib, dərsə mane olmur, kimisə incitmir və s...Məktəbin direktoruna gəlincə, özünü nə hesab edir, səni ora qoyublar ki, xalqa xidmət edəsən, daha qoçuluq edərək uşaqlara əl qaldırmamalıdır və sonradan da bunu inkar edir, bu bir, ikincisi sən jurnalisti niyə qəbul edib dinləmirsən və məsələyə aydınlıq gətirmirsən, yoxsa özünü əvəzedilməz birisi hesab edirsən, deməli yerində deyilsən, o vəzifəni tutmamalısan. Qabaq məktəb direktorları öz nümunəvi davranışları ilə hamıya nümunə idilər. İndikilər "Qoçu Əzgərin Balaqədeşləri" kimidilər, bu bir, 2-cisi daha çox "sağıcılıq, yoluşdurma" elminə yiyələniblər, 3-cüsü sürətlə, vaxtında, gecikdirmədən özündən yuxarının "haqqını" çatdırırlar və s. və i...

  • ABDULLAYEV ŞAHİN ƏVƏZAĞA

    Hörmətli Sevinc xanım müəllim düz edir şagirdi döyür Yaxşı olardı gedib Tər tər də hərbçilərin başına nəoyun açıblar ondan yazasınız Faşistlər belə cəza tətbiq etməyib Müəllim şagird məsələsini şişitməyin Necə deyərlər qarışqanı fil etməyin Şagird səndə kişi ol boynunu camaatın gözünə soxma Sabah əsgər olacaqsan Sonra bu hərəkətinə görə peşman olacaqsan

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər