Ru
15:45 / 01 Noyabr 2021

Məktəb direktoru şagirdi döydü - FOTO

44150
Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva şagirdi döyərək, ona xəsarət yetirib.


Bakupost.az xəbər verir ki, o, məktəbin 7 "D" sinfinin şagirdi Anar Mirzəağayevə fiziki təzyiq göstərib. Nəticədə şagirdin qulağı əzilib və boynunda iz qalıb.

Xəbəri Bakupost.az -a şagirdin anası Könül Mirzəağayava təsdiqləyib.


O bildirib ki, hadisə övladının günahı ucbatından baş verdiyi üçün direktordan şikayət etməyib:

“Məktəbin həyətində uşaqlar sıraya düzülən zaman mənim uşağım digər bir uşağa söyüş söyüb, ona görə də direktor onu vurub. Boynunda iz qalıb. Həmin gün bir az ağrayıb, daha sonra keçib gedib. Günah uşağımda olduğu üçün direktora heç bir şey demədim”.

Qeyd edək ki, Çinarə Atayeva qalmaqallı hərəkətləri ilə bir neçə dəfə medianın gündəminə gəlib.



E. Mirzəyev
Baku Post


Şərhlər
  • Fəxrəddin

    Bunu ancaq şizofren xəstə edə bilər

  • Fərman Abdullayev

    Heç kimin şagirdi döymək haqqı yoxdur. Mənim övladıma əl qaldıran müəllimin ağzını əzərəm. Müəllim dərsini mətni oxumaqla keçirsə onun dərsində səs küy olur. Müəllimin canı çıxsın fənnini normal tədris etsin, bacarmırsa rədd olsun məktəbdən. O qədər savadlı müəllim iş axtarır.

  • ABDULLAYEV ŞAHİN ƏVƏZAĞA

    Hörmətli şagird vaxt gələcək elədiyin hərəkətə görə xəcalət çəkəcəksən Yekə kişisən sabahın əsgərisən Müəllim şagirdi döyərdə danlayarda müdafiə edərdə Bunu car çəkmək lazım deyil Sabah şagird dostların səni lağa qoyacaqlar Dekan müavini rəhmətlik Qurban müəllim bizi döyərdi və müdafiə edərdi Heç kəs ondan inciməzdi Allah ona RƏHMƏT ELƏSİN Sizlər isə kiminsə təsiri ilə qarışqanı fil edirsiniz Siz jurnalistlər gedin nəhəng korrupsiyalardan yazın Bir paltarı 2 dəfə geyinməyənlərdən yazın

  • Millət

    Sinif otağında yaramazlıq edən şagirdlərə qarşı sadə üsullardan istifadə müəllimlərə qadağan olunmamalııdır.Hətta valideynlər özləri evdə belə cəzalar verirlər ki, uşaq məsuliyyətli olsun.Çünki müəllimin də əsəbinin dözüm həddi mövcuddur.Bunu anlamaq və müəllimləri tənqid etmək.cəzalandırmaq tam yanlışdır.Heç bir müəllim şagirdi haqsız yerə cəzalandırmaz! Müəlim istər ki, cəza şagirdin tərbiyəsinə müsbət təsir etsin ki, o davranış qaydalarına riayət etsin.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər