Ru
14:12 / 22 Aprel 2026

Şagirdin bədəninin 66 faizi yanıb - Vəziyyəti ağırdır

Şagirdin bədəninin 66 faizi yanıb - Vəziyyəti ağırdır
Eye

Ötən gün 286 nömrəli tam orta ümumtəhsil məktəbində sinif yoldaşı tərəfindən yandırılan IX sinif şagirdinin vəziyyəti həkim tərəfindən ağır qiymətləndirilir. Hazırda xəsarət alan uşağın həyatını xilas etmək üçün qan axtarılır.

Bakupost.az xəbər verir ki, xəsarət alan şagird Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Qeyd edək ki, hadisə zamanı 16 yaşlı yeniyetmə sinif yoldaşının üzərinə spirt tökərək onu alışqanla yandırıb. Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

Bu barede “ARB Xəbər”də süjeti yayımlanıb.

Ətraflı reportajda:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar