Azərbaycanda poliklinikalarda sağlamlıq haqqında standart arayış üçün 40 manat tələb olunur.
Bakupost.az xəbər verir ki, bir müddət əvvəl başlanan bu proses vətəndaşlar tərəfindən narazılıqla qarşılanır.
Bu barədə məlumatı olmayan vətəndaşlar poliklinikada 40 manat ödəyəcəklərini eşidəndə əvvəl bunu həkimlərin özləri üçün istədiyini düşünərək etiraz edirlər. Lakin sonradan məbləğin İcbari Tibbi Sığorta tərəfindən təyin olunduğu və 40 manatın banka ödəniləcəyi deyilir.
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta Agentliyindən Bakupost.az -a verilən açıqlamada arayışın 40 manat olduğu təsdiqlənib:
“Qeyd edək ki, Prezident İlham Əliyevin 13 may 2022-ci il tarixli Fərmanı ilə TƏBİB tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan və ödəniş tələb olunan tibb xidmətlərini və tarifləri TƏBİB müəyyənləşdirir. 18 yaşdan yuxarı vətəndaşların sağlamlıq barədə arayışı ödənişlidir.
Bu məsələ İcbari Tibbi Sığortanın səlahiyyətində deyil.
Amma aşağıdakı şəxslər üçün arayışlar ödənişsizdir:
- 18 yaşa qədər uşaqlar
- Hərbi xidmətə çağırılanlar
Qalan hallarda hər kəs üçün sağlamlıq arayışı ödənişlidir”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə Bakupost.az –a bildirilib ki, qurumun tabeliyindəki dövlət tibb müəssisələrində ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edilib:
Azərbaycan Respublikasının Prezidentinin 13 may 2022-ci il tarixli 1677 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin, sığortaolunmayan şəxslərə göstərilən tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edilib. Qeyd edək ki, sözügedən sənəd TƏBİB-in Müşahidə Şurasının 2 nömrəli Protokolu ilə təsdiqlənib”.
Həmin siyahılarla bu linklər vasitəsilə tanış ola bilərsiz:
Qeyd edək ki, sovet dövründən ötən ilə kimi sağlamlıq arayışı rəsmən pulsuz olsa da, çox zaman poliklinikalarda bunun üçün qeyri-rəsmi ödəniş tələb olunurdu. Əksəriyyət işini həll etmək üçün həkimlərə “hörmət” edirdi.
Amma bu “hörmət” 40 manatdan xeyli az – 5-10 manat olurdu. Hələlik əhalinin imkansız, işsiz təbəqəsinin bu pulu ödəyə bilməməsi nəzərə alınmır. Maraqlısı budur ki, maaş və gəlirindən sığorta ödəmiş şəxslər üçün də arayışlar pulludur.
Aygün Musayeva
Baku Post
Bu olkeden ne tehsil ne is ne de tibb yoxdur
Özel klinikaları pisliyirik halbuki özəldə 25 manatdır
345 m maaş verir 30 manat sosiala çıxır. Arayışı da 40 manata verir. Bu nə məntiq bu nı təfəkkür. Millətdən nə istəyirsiniz siz?? Elektron portal belə gəldi pdf belə getdi guya bunlar o qədər təmiz və dəqiq işləyr ki arayışı elektron verir pulu da banka ödədir????. Camaatı gic yernə qotblare Allah qırmışlar.
Yox ey belə hokumət olmaz maaşımdan hər ay 2 faiz ödəyirəm bu TƏBİBə
Açıqlayırlar ki, guya bu 40manatın müqabilində vətəndaş hərtərəfli yoxlanılır. Amma belə olmur. Həkim heç sənin üzünə belə baxmadan kağıza qol çəkib səni yola salır. Əslində bundan artıq heç nə də gözləmirsən. Bizim səhiyyə bundan artıq olmayacaq ki....
Elə bil,Xarici pasport verirlər,zalım uşaqları.
Şərəfsizlərin acgözlüyüdü sadəcə bu
bu vezifede oturan biqeyretderin gozderi nevaxt doyacag goresen bu xalq ne vaxt rahat nefes alacag goresen sora deyiller prizdent hardan bilsine onun xeberi var werefsiz memurlar edir hamsin nece yeni serencama qol cekende gormurki 40manat yazilib ora fikirlewmir demirki bu nedi 1dene kagizcun insanlardan 40manat qaniceniydi bu qol cekmesinde serencama nebilime bu boyda servetlerin hamsin talayirlar xalqa hecne vermirler yenede gozderi doymur xalq olaraqda hecne ede bilmirik soxub icimize oturmuwub hammiz ona gorede haqq eliyirler bize ele umid Allahadi ancag Allah bularin 1000belasini versin
Maraqlısı budur ki, maaş və gəlirindən sığorta ödəmiş şəxslər üçün də arayışlar pulludur.-bunu tələb etmək lazımdır...
Həkimlərin maaşın qaldırıblar, ona görə də arayış pulla olub. KVN-də Bəhram demişkən, birazdan hava da pulla olacaq, hələ harasıdır....
40manata arayis olar serefsiz memurlar var eee
Necə mudetdi işsizəm 1is tapdım arayış isdiyir getdim 40manat ver deyir.deyirem bu ne məntiqdir işsiz admin 40manati hardan olsun?1deki vətəndaş kimi onsuzda bu yoxlanışdar ödənişsizdir.neye görə sadə 1 arayış veriləcək deyə 40 manat alınır?bu ne tefekkuldu?deyillər şikayətin var nazirliyə ele bizlik deyil.pulum olmadığına görə çarəsiz geldim eve necə olacag onuda bilmirem
Hər şeyə pul veririksə o zaman torpaqları a pulla qoru alıyıq. Maaş versinlər əsgərlərdə yüksək miqdarda. Vətəndaş üçün heçnə olunmursa vətəndaşında borcu qalmır o zaman.
Bezdirmeyin milleti onsuzda bezib
40 manat rüsum olar? minimum əmək haqqı veriler 345 azn bunada gic gic arayış isteyiler 60-70 azn xercin çıxır. Her bir şeyin komunal,erzaq,(içki siqaret ), gediş haqqı avtobus,metro hamsı qalxır yaşayış şeraiti düşür.Rüsum bu qeder olduqda minimum emek haqqı 690 olmalıdı (ikiqat). Milleti fikirləşmirlər öz mənfiətlərin fikirləşirlər ancaq (siz bildiynizi edin vaxt gelecey ........)