Ru
13:22 / 06 Mart 2026

Şahin Şıxlınskinin məhkəməsində nələr oldu?… – FOTO

Şahin Şıxlınskinin məhkəməsində nələr oldu?…  – FOTO
Eye

Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində dünən (martın 5-də) başa çatan məhkəmə prosesində azərbaycanlıların keçmiş diaspor rəhbəri Şahin Şıxlınski barəsində 22 illik azadlıqdan məhrumetmə hökmü oxunub. Digər təqsirləndirilən şəxslər isə 10 ildən 21 ilədək həbs cəzası alıblar. Proses boyunca məhkəmənin dramı və gərginliyi diqqət çəkib, xüsusilə də son iclasda iştirak edən təqsirləndirilənlərin ailələrinin emosional reaksiyaları fonu daha da ağırlaşdırıb.




Bakupost.az Rusiya mediasına istinadən xəbər verir ki, məhkəmə Kirov Rayonunda başlayıb, lakin çoxsaylı iştirakçılar səbəbindən daha sonra Sverdlovsk vilayəti məhkəməsinin binasına daşınıb. Son iclasa təqsirləndirilənlərin həyat yoldaşları və yaxınları qatılıblar. Onların narazılığı məhkəmə zalına dramatik bir atmosfer gətirib.

Hökmə görə, Şıxlınski və bir neçə digər şəxs qəsdən adam öldürmə və adam öldürməyə cəhd ittihamları üzrə təqsirli bilinişdi. O, 22 il müddətinə ciddi rejimli koloniyaya göndərilib. Digər müttəhimlər – Səfərov qardaşları və daha bir neçə şəxs – 10 ildən 21 ilədək həbs cəzası alıblar. Hamısı cəzanın ilk dörd ilini həbsxanada keçirməlidir. Hökm oxunduqdan sonra məhkəmə zalında açıq narazılıq və etirazlar səslənib.



İstintaq materiallarına görə, qrup 2001-ci ilin mayında Yunus Paşayev adlı sahibkarı, “Taganskiy ryad” bazarında geyim satışı ilə məşğul olan şəxsi öldürüb. Məlumata görə, Paşayev “Metallon” kafesi yaxınlığında bıçaqlanaraq qətlə yetirilib. 2010-cu ilin mayında isə Fəhruz Şirinova sui-qəsd cəhdi olub, lakin həmin vaxt qatilin silahı işləməyib. İstintaqın fikrincə, cinayətlərin motivi biznes sahələrinə təsir dairələrinin bölüşdürülməsi və diasporada liderlik uğrunda mübarizə olub.

Lakin Şıxlınski və müdafiə tərəfi ittihamları qəbul etmir. Məlumata görə, 2001-ci ilin mayında sahibkar Yunus Paşayev öldürüldüyü zaman Şıxlınski və Səfərov qardaşlarından hadisə yerində deyildilər, onlar “Ural” idman kompleksində olublar. Şıxlınski Paşayevlə heç bir şəxsi münaqişəsi olmadığını, ümumiyyətlə onu tanımadığını vurğulayıb.




Diaspora mənbələri də bildirir ki, həmin hadisə digər şəxslər arasında münaqişədən qaynaqlanıb: Aki̇f Səfərov Paşayev tərəfindən bıçaqlanıb, cavab olaraq Məzahir Səfərov hücum edən şəxsi bıçaqlayıb və Paşayev bir neçə gün sonra xəstəxanada vəfat edib.

Məzahir Səfərov da zatən günahını etiraf edib.



Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar