Ru
09:54 / 18 Dekabr 2025

Salyanda ağır yol qəzası – Ölən və yaralanan var - VİDEO

Salyanda ağır yol qəzası – Ölən və yaralanan var - VİDEO
Eye

Salyan şəhərinin girişində Kür çayının üzərində keçən köhnə körpüdə yol qəzası baş verib.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, “Priora” markalı avtomobil “PAZ”-la toqquşub.

Nəticədə "Priora"nın sürücüsü, Neftçala rayonunun Xıllı kənd sakini, 1988-ci il təvəllüdlü İbrahimov Zeyqəm Kamil oğlu hadisə yerində ölüb. Sürücünün avtomobildə sıxılmış meyiti FHN xilasediciləri tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

09:04

Salyanda baş verən qəzada ölən və yaralanan var.

Hadisə Salyan şəhərinin girişində baş verib.

Avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə FHN xilasediciləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

https://youtube.com/shorts/m5669RaX67I?si=0RCOEpvCZ4ctBxuz


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar