Müğənni Samirə Əfəndinin Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin finalında Ermənistan nümayəndəsinə 12 bal verməsi, daha sonra onunla qucaqlaşması ilə bağlı açıqlaması onu sosial şəbəkələrdə daha çox qınaq obyektinə çevirib.
Bakupost.az xəbər verir ki, müğənninin prodüser Tarix Əliyevin (Tolik) “Tarixin bir günü” verilişində işlətdiyi ifadələr birmənalı qarşılanmayıb.
"Mən orada gedib düşmənçilik apara bilməzdim. Hələ özünüz də deyirsiniz ki, mən orada təkəm. Bəs mənim tək başıma orada oyun açsaydılar?! Qazaxıstan səhralıqdır. Öldürüb atacaqdılar, adını da qoyacaqdılar ki, avtoqəza olub. Kimin xəbəri olacaqdı? Kim mənə yiyəlik edəcəkdi?!", - o açıqlamasında qeyd edib.
Özünü "qazi qızı" olaraq təqdim edən Samirə Əfəndinin "ermənilərdən qorxduğunu" ehtiva edən bu açıqlaması isə onun üzrünü günahından betər duruma salıb.
Asena,BakuPost
hер бир ишин hедди вар .Баша душ аj .. сес верирсенсе 5 ве ja 6 хал вер. Бирден бире 12 хал ... сенин емелинден беле чыхды ки ,"Галиб-удузана баш еjди . uzun ag olsun.
Səndə qəhrəman adı alardın. İnsan bir səhvi edəndə ondan gərək nəticə çıxarmalıdır.Yoxsa dirəşdikcə batacaqsan.
да и хорош сгущать краски , без тебя может воздух стал бы чуть чище . То же мне , сторонница Интернационала ... волки казахских степей не подавились бы...
Nə istəyirsiz bu qızdan ? Peşəkar davranıb. Hamı ucuz şöhrət qazanmaq istəyir. Erməniyə hucuma keçərək özünü vətənpərvər gıstəmək istəyənlər çoxdur. Vətənprəvər olmaq üçün hər kəs öz işini peşəkar kimi gırməlidir.
Məncə, bu adam???, sadəcə Milləti barmağına dolayıb, "məni öldürüb çöllərə atsaydılar", nə isə günah beləsini ora göndərəndədi...