Ru
15:10 / 10 Sentyabr 2021

Sayt rəhbəri 2 min rüşvət alarkən saxlanılıb - Vəkili açıqladı

Sayt rəhbəri 2 min rüşvət alarkən saxlanılıb -  Vəkili açıqladı
Eye

Azadinfo.az saytının rəhbəri Mahir Xəttab rüşvət alarkən yaxalanıb.

Bakupost.az xəbər verir ki, bunu Mahir Xəttabın vəkili Mehman Muradlı Trend-ə açıqlamasında deyib.

Vəkil bildirib ki, Mahir Xəttabla görüşüb və faktla bağlı maraqlanıb. Sayt rəhbəri etiraf edib ki, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşovdan 2 min manat alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Hazırda Mahir Xəttab barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə Binəqədi rayon Məhkəməsinə aparılır.

Vəkil bildirib ki, M. Xəttab barəsində həbs qətimkan tədbiri seçiləcəyi təqdirdə məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

Xatırladaq ki, Azadinfo.az saytının rəhbəri Mahir Ələkbərli (Xəttab) sentyabrın 9-da axşam saatlarında saxlanılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar