Ru
17:39 / 12 İyun 2026

“Sədərək”də biznesmen bıçaqlandı

“Sədərək”də biznesmen bıçaqlandı
Eye

“Sədərək” Ticarət Mərkəzində bıçaqlanma olub.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Lökbatan qəsəbəsi ərazisində yerləşən mərkəzdə Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Vüqar Şikar oğlu Xudaverdiyev paytaxt sakini 1979-cu il təvəllüdlü Faiq Arif oğlu Abbasovla mübahisə edib.

İlkin məlumata əsasən, Vüqar Faiqin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

V.Xudaverdiyev polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılıb. Araşdırmalar aparılır.

Qeyd edək ki, bıçaqlanan Faiq Abbasov sahibkardır, bir neçə geyim mağazasının sahibidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar