Ru
17:45 / 22 Noyabr 2021

Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verildi - FOTOLAR

Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verildi -  FOTOLAR
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verilib.

Nazirlikdən Bakupost.az -a bildirilib ki, mənzillərin sənədlərini ƏƏSMN-nin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov və “Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev təqdim ediblər.

Z.İbrahimov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun möhtəşəm tarixi Zəfər əldə etdiyi Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərin, erməni terrorundan zərər çəkənlərin sosial dəstəklə təminatı işlərini qeyd edib. 33 min şəxsin artıq bu tədbirlərlə əhatə olunduğunu bildirib.

Qeyd olunub ki, şəhid ailələri və müharibə əlillərinə 2021-ci il üzrə 3 min mənzil və fərdi evin verilməsi işləri davam aparılır. Onlardan artıq 1900 mənzil qeyd olunan kateqoriyadan olan vətəndaşlara təqdim olunub. İndiyədək isə 11100 şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi ev verilib. Dövlət başçısının müvafiq Sərəncamı 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin bu kateqoriyalardan olan şəxslərə verilməsini nəzərdə tutur.

Vətən Müharibəsi Qəhrəmanlarının, onlardan şəhid olanların ailələrinin, həmçinin gözdən əlilliyi olan şəxslərin, dövlət uşaq müəssisələri məzunlarının da mənzillə təminatı işləri davam etdirilir.

F.Rzaquliyev bildirib ki, möhtəşəm Zəfəri bizə yaşadan qəhrəman şəhidlərimizin ailələrinə və qazilərimizə mənzillərin təqdim edildiyi bu tədbir bir daha onu göstərir ki, dövlətimiz hər zaman bu kateqoriyadan olan vətəndaşların yanındadır və onlara öz dəstəyini göstərir.

Mənzillə təmin olunan şəhid ailələri və müharibə əlilləri daim dövlət qayğısı ilə əhatə olunduqlarına, yeni mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verildi -  FOTOLAR
Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verildi -  FOTOLAR
Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verildi -  FOTOLAR
Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verildi -  FOTOLAR
Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verildi -  FOTOLAR
Şərhlər
  • t.ədalət

    Ramana şəhər mərkəzindən çox uzaqdı.Mənzillər qaçqınlar üçün tikilmiş binadan verilir.Tikinti primitiv layihə əsasında aparılıb.Yataqxana tiplidir.Pəncərələr bir tərəflidir,otağa hava daxil olmur.Sanqovuşaq müasir deyil.Giriş hissə 8-10 qapıdan ibarətdir.Yaşayış sahəsi çox azdır.Belə uzaq yerdə məskunlaşdırılanlar müalicə üçün şəhər klinikalarına gələ bilməyəcək.Həm də bir-neçə avtobus dəyişməklə xeyli gediş haqqı ödəmək məcburiyyətində qalacaqlar.Müh.əlilləri və şəhid ailələrinə belə uzaq və primitiv binalarda mənzil vermək Vətən sevdalıları üçün heç də yaxşı deyil.Kommersiya binaları üçün bina tikməyə yer tapan dövlət onu qoruyanlara mənzil tikməyə yer tapa bilmir.Keşlə yük stansiyasını söküb yerini kommersantlara satınca,elə müh.əlilləri və şəhid ailələrinə həmin yerdə bina tikmək olardı.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar