Ru
23:41 / 29 İyun 2017

Şəhid zabitimizin əkiz oğlu doğuldu

Şəhid zabitimizin əkiz oğlu doğuldu
Eye

Bu il fevralın 25-də Füzuli-Xocavənd istiqamətində, Nərgiztəpə ətrafında düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçimiz Şahlar Nəzərovun əkiz övladı dünyaya gəlib.

 

Şahlar Nəzərovun qohumlarının Modern.az-a verdiyi məlumata görə, hər iki uşaq sağlamdır.



Bir müddət öncə şəhid baş leytenantın atası Yaşar Nəzərov saytımıza açıqlamasında bildirmişdi ki, nəvələrindən birinə Şahların digərinə öz adını verəcək.



Qeyd edək ki, baş leytenant Şahlar Nəzərov 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində dünyaya göz açıb. Hərbçimiz şəhid olmamışdan 5 ay öncə ailə həyatı qurubmuş. Şəhidimiz, elə doğulduğu kəndin qəbiristanlığında dəfn olunub.

 

BakuPost

Şəhid zabitimizin əkiz oğlu doğuldu
Şəhid zabitimizin əkiz oğlu doğuldu
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar