Ru
13:24 / 31 Yanvar 2023

Səhlab Bağırovun yeni vəzifəsi məlum oldu

Səhlab Bağırovun yeni vəzifəsi məlum oldu
Eye

Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının sabiq komandiri, general-mayor Səhlab Bağırov yeni vəzifəyə təyin olunub.

Bakupost.az Trend-ə istinadən xəbər verir ki, Səhlab Bağırov daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin Xüsusi Təyinatlı Təlim Mərkəzinin rəisi vəzifəsinə təyinat alıb.

Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiqləyib.

Qeyd edək ki, ötən gün S.Bağırov Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının komandiri vəzifəsindən azad edilib.

Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar