Ru
18:36 / 30 Yanvar 2023

General Səhlab Bağırov işdən çıxarıldı - Kiçik vəzifəyə göndərildi

11474
Daxili İşlər Nazirliyi Çevik Polis Alayının rəisi Səhlab Bağırov vəzifəsindən azad olunub.  

Bakupost.az xəbər verir ki, bu barədə bu gün daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, DİN-in Əlahiddə Çevik Polis Alayının rəisi general-mayor Səhlab Bağırov sərəncama götürülüb.
Ətraflı


Nazir digər əmrlə S.Bağırovu DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin edib. 

Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya təsdiqləyiblər.

Bu yerdəyişmə S.Bağırovun "vurulması" kimi qiymətləndirilə bilər.

Hələlik Əlahiddə Çevik Polis Alayının komandiri vəzifəsinə təyinat yoxdur.
Şərhlər
  • Ramin

    Duzgun qerardir, xalqin qanina susayan, mitinqlerde azad sozunu deyen insanlari dubinkanin altina veren, en esasi pkk-ya qulluq edenlerin sonudur.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər