22 yaşlı Şəki sakini Bakıda fəhlə işlədiyi sexdə faciəvi şəkildə həyatını itirib.
Bakupost.az xəbər verir ki, hadisə Abşeron rayonunun Məmmədli kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd ərazisindəki sexlərdən birində fəhlə işləyən Qoxmuq kənd sakini, 22 yaşlı Ramil Saatovun üzərinə dəmir konstruksiya aşıb. Nəticədə gənc oğlan elə oradaca vəfat edib.
Mərhum doğulduğu Qoxmuq kənd qəbiristanlığında dəfn olunub.
Faktla bağlı araşdırma aparılır.