Ru
18:56 / 20 Avqust 2025

Səlcuq Bayraqdar yenə rekordu qırdı

Səlcuq Bayraqdar yenə rekordu qırdı
Eye

2024-cü il üçün Türkiyənin ən böyük gəlir vergi ödəyiciləri siyahısına “Baykar” şirkətinin baş direktoru Səlcuq Bayraqdar başçılıq edir.

Bakupost.az xəbər verir ki, S.Bayraqdar ötən il dövlət xəzinəsinə 2 milyard 767 milyon 587 min lirə vergi ödəyib.

Reytinqdə ikinci yerdə dövlətə 2 milyard 528 milyon 619 min lirə vergi köçürən “Baykar”ın digər təmsilçisi Haluk Bayraqdar qərarlaşıb.

Türkiyə Gəlirlər Təşkilatının məlumatına görə, Səlcuq və Haluk Bayraqdar dördüncü ildir ki, ən böyük gəlir vergisi ödəyiciləri siyahısına başçılıq edirlər.

Qeyd edək ki, “Baykar” şirkətinin ötən il müdafiə ixracının həcmi 1,8 milyard dollara çatıb. Aparıcı PUA istehsalçısı Türkiyənin bütün müdafiə və aviasiya sektoru ixracatının dörddəbirini həyata keçirir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar