Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə olunan iki mənzili 5-ci dəfə açıq hərrac vasitəsilə satışa çıxarılıb.
"Bakupost" Yeniavaz.com-a istinadən xəbər verir ki, hərrac vasitəsilə satışa çıxarılan mənzillərdən biri satılıb.
Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 422-ci məhəllə, ev 53, mənzil 108 ünvanında yerləşən, 370.4 kvadratmetr sahəsi olan mənzil 50 faiz endirimlə 5-ci dəfə satışa çıxarılaraq 463 min 125 manata alıcı tapıb.
Qeyd edək ki, sabiq nazirin mənzilini alan şəxsin kimliyi barədə açıqlama verilməyib.
Onu da bildirək ki, Bakı şəhəri, Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospekti, ev 7A, mənzil 3 ünvanında yerləşən, 61.1 kvadratmetr sahəsi olan 2-ci mənzil isə satılmadığı üçün avqustun 18-də 6-cı dəfə hərraca çıxarılacaq. Bu dəfə mənzilin qiymətində heç bir endirim olmayacaq və mənzil 5-ci hərracda olduğu kimi 175 min manata təqdim olunacaq.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvətalma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.
Azərbaycan həqiqətlərini ən Uca (saxtakar yox?) tanrı bəlkə, görüb-bilər? Kremlin yüksək Siyasi Ağıllı *Yenidən bölüşmə* İslahatçıları 39 il öncə Pəya\ışdan Gürcüstan və Azərbaycanı bölüşəndə Özünə güvənən SiyasiBazlarımız K.Bağırovun bacarmadığı (rəsmən ilkin 1918ci il Azərbaycanının tam-bütöv Suverenliyinə-Müstəqilliyinə otur-dur vədləri ilə seçildilər, andlar da işdilər, *Qarabağın Baş İgenosid terrorçusu və digƏrlləri ilə illərlə söhbətləşsələr də sanki, ayrılmaz vətəndaş-dövlət hüquqları olmamış kimi ağşğalçı işğalçıları ilə Möhtəşəm Beynəlxalq Diplomatiyaya sövdələrə getşsələr də, müstəqil 1992 ci ildər bu günə qədər ötmüş 34 ildə nə günahsız azərbaycanlılara qarşı etnik vəhşi-hərbi genosid cinayətlərini mühakimə, nə də rəsnən ilkin 28 nay 1918ci il Azərbaycan Xalq Cümuhürriyyətini konstitusion haqq-hüquq və hüdudlarını təkrarən bəyan cürətində olublar? Sanki, rəmzi işarətlərimizi və yalnız Qarabağı qaytarmaqla digər haqq-nüquqlara, eləcə də ən dəhşətli ilkin cinayətlərə iddiasızlıq sövdələşiblərmiş?
Birindən alıb, digərinə satırlar