Ru
15:32 / 20 Mart 2026

SEPAH-ın Hərbi Kosmik Qüvvələrinin komandanı öldürüldü

SEPAH-ın Hərbi Kosmik Qüvvələrinin komandanı öldürüldü
Eye

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Kosmik Qüvvələrinin komandanı Mehdi Kureyşi İsrail və ABŞ-nin hücumları zamanı İsfahanda öldürülüb.

Bakupost.az "Report"a istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al Hadath" kanalı İran mediasına istinadən məlumat yayıb.

Məlumata görə, M.Kureyşi İsfahandakı sənaye zonasına endirilən zərbə zamanı həlak olub.

Bundan öncə SEPAH əlavə təfərrüat vermədən öz rəsmi nümayəndəsi Əli Məhəmməd Naeininin həlak olduğunu bildirib. Daha sonra İsrail Müdafiə Ordusu da onun öldürüldüyünü təsdiqləyib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar