Fransanın Lion şəhərində yerləşən “La Banque Postale” bankının şöbəsinə gecə saatlarında hücum edilib.
Bakupost.az Fransa mediasına istinadən xəbər verir ki, hadisə martın 19-u 04:30 radələrində baş verib.
“Le Progrès” nəşrinin yazdığına görə, naməlum şəxslər bankomatı kəndirlə furqona bağlayaraq yerindən qoparıblar. Şahidlərin ifadələrinə əsasən, oğurluqda ən azı üç nəfər iştirak edib. Onlar hadisədən sonra avtomobillə ərazidən uzaqlaşıblar. Bankomatın çıxarılması üçün istifadə edilən furqon isə hadisə yerində qalıb.
Məlumata görə, hücum nəticəsində bank şöbəsinə ciddi maddi ziyan dəyib. Son dövrlərdə Fransada bankomatlara “yerindən çıxarma” üsulu ilə törədilən hücumların sayı artmaqdadır.
Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.
Cavid, BakuPost