Ru
16:09 / 20 Mart 2026

“Mən Netanyahuya bunu bir daha etməməyi dedim” − Tramp

“Mən Netanyahuya bunu bir daha etməməyi dedim” − Tramp
Eye

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu İranın neft və qaz obyektlərinə zərbə endirməkdən çəkindirdiyini bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə görüşdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Mən ona bunu bir daha etməməyi dedim və o, bunu etməyəcək”, - Amerika lideri bildirib.

Trampın sözlərinə görə, ABŞ və İsrail müstəqil şəkildə hərəkət edirlər, lakin səylərini əlaqələndirirlər:

“Vaxtaşırı Netanyahu nəsə edir və əgər xoşuma gəlmirsə, biz bunu etmirik”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar