Ru
17:58 / 20 Mart 2026

Yeni nazir müavininin atası özündən məşhur imiş

Yeni nazir müavininin atası özündən məşhur imiş
Eye

Xəbər verdiyimiz kimi, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə yeni müavini təyin edilib.

Bakupost.az Modernə.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Rəşad Müsəllim oğlu Həsənov nazir müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Rəşad Həsənov bu təyinatadək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində işləyib.

Məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən təsdiqləyiblər. Beləliklə, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinlərinin sayı 6-ya çatıb.


Məlumata görə, Rəşad Həsənov tanınmış jurnalist, ssenarist, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun oğludur. Qeyd edək ki, Müsəllim Həsənov son illər İctimai televiziyada nümayiş olunan sənədli filmlər silsiləsinin müəllifi və aparıcısı kimi tanınıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar