Ru
16:50 / 06 Sentyabr 2025

Serbiyada etirazlar: azı 14 polis yaralandı

Serbiyada etirazlar: azı 14 polis yaralandı
Eye

Şənbə gecəsi Serbiyada etirazlar zamanı ən azı 14 polis əməkdaşı yaralanıb, iğtişaşlarda iştirak edən 42 nəfər saxlanılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Serbiyanın daxili işlər naziri İvitsa Daçiç bildirib.

Onun sözlərinə görə, son aylarda razılaşdırılmamış aksiyaların iştirakçıları ilə toqquşmalarda 150 polis əməkdaşı yaralanıb.

“Təkcə ötən gecə 14 polis əməkdaşı yaralanıb”, - DİN rəhbəri qeyd edib.

Daçiç 42 nəfərin polis şöbələrinə aparıldığını bildirdi: “Prokurorluğun qiymətləndirməsindən asılı olaraq, inzibati və ya cinayət məsuliyyətinə cəlb ediləcəklər”.

Nazir əlavə edib ki, 18 polis avtomobilinə ziyan dəyib, etirazçılardan birindən tapança götürülüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar