Ru
20:02 / 21 İyul 2020

Serj Sərksiyan Qarabağa gəldi - FOTO

Serj Sərksiyan Qarabağa gəldi -  FOTO
Eye

Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan növbəti dəfə işğal altındakı Azərbaycan ərazilərinə gəlib.

"BakuPost" musavat.com-a istinadən xəbər verir ki, Sərkisyanın budəfəki qanunsuz gəlişi “şəxsi xarakter”lidir. Erməni mətbuatı yazıb ki, S.Sərkisyan anasına baş çəkəcək, dostları ilə görüşəcək. Bundan əlavə, o, tikintisi və təmirini öz üzərinə götürdüyü monastr kompleksində (işğal altındakı Xocavənd rayonunun Sos kəndi-red.) aparılan işlərlə də tanış olacaq.

İstənilən halda, Xocalı canisi olan S.Sərkisyanın indiki həssas dönəmdə, Tovuz döyüşlərindən sonra gərginliyin növbəti dəfə artmaması üçün çağırışların edildiyi vaxtda Qarabağa gəlməsi növbəti təxribatdır. Lakin ənənəvi qaydada, nə həmsədrlərdən reaksiya var, nə də hansısa təşkilatlardan.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar