Ru
16:22 / 18 Dekabr 2025

Sərnişin avtobusu ana və övladını vurdu, biri öldü - YENİLƏNİB

Sərnişin avtobusu ana və övladını vurdu, biri öldü - YENİLƏNİB
Eye

Dekabrın 18-də saat 13:00 radələrində Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə biri aqonal vəziyyətdə olmaqla, 2 nəfər (qadın) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.


Bakupost.az xəbər verir ki, bu barədə APA-ya Quba Rayon Mərkəzi Xəstəxanasından bildirilib.


“Onlara sol bazunun epifiziolizi, həyatla uzlaşmayan müştərək travma, aqonal vəziyyət diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.


Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2017-ci il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb. 1998-cı il təvəllüdlü şəxsə göstərilən bütün zəruri reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 13:20 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.


Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib”, məlumatda deyilir.


*********

Qubada sərnişin avtobusu ana və övladını vurub.


Bakupost.az xəbər verir ki, hadisə Quba şəhərinin Heydər Əliyev prospektində baş verib.

Quba-Xaçmaz marşrutu ilə hərəkət edən avtobus 1998-ci il təvəllüdlü Əminə Sahib qızı İsrafilovanı və onun azyaşlı övladını vurub.

Xəsarət alan 27 yaşlı qadın və övladı Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar