Ru
17:23 / 18 Dekabr 2025

“Ermənistan və Azərbaycan alternativ tapa bilər” – Paşinyan Gürcüstandan narazıdır?

“Ermənistan və Azərbaycan alternativ tapa bilər” – Paşinyan Gürcüstandan narazıdır?
Eye

“Ermənistan və Azərbaycan arasında gələcək mal daşımalarında Gürcüstan dəmiryolunun tarifləri ilə bağlı məsələlər həll olunmasa, tərəflər alternativ yollar axtara bilərlər”.

Bakupost.az xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib. O, qeyd edib ki, bu məsələ ilə bağlı danışıqlar aparılır və ümid edir ki, problem yaxın zamanda həllini tapacaq:
“Əgər məsələ həll olunmasa, sahibkarlar uyğun olaraq idxal və ixracın təmin edilməsi üçün alternativ yollar tapacaqlar”.

Qeyd edək ki, 18 dekabr tarixində Ermənistan iqtisadiyyat naziri Gevork Papoyan açıqlamasında bildirib ki, yaxın günlərdə Azərbaycan neft məhsulları ilə dolu 22 vaqon Ermənistana çatdırılacaq.

Ermənistan mediası bildirir ki, Gürcüstanın Azərbaycan neft məhsullarının Ermənistana ilk tranziti üçün tarifləri sıfırlamağa hazır olduğu, lakin sonrakı tranzit üçün yüksək tarif tələb etdiyi qeyd olunmuşdu.

Xatırladaq ki, bu gün SOCAR-ın istehsal etdiyi benzinlə dolu 22 vaqon Ermənistana yola salınıb. Qatarda ümumi həcmi 1220 ton “Aİ-95” markalı avtomobil yanacağı olub. Yük Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar