Ru
23:35 / 29 İyul 2025

Səudiyyə kralı və vəliəhdi Azərbaycana dəvət olundu

Səudiyyə kralı və vəliəhdi Azərbaycana dəvət olundu
Eye

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz əl-Səud və vəliəhd, Nazirlər Şurasının sədri Məhəmməd bin Salman əl-Səud 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) dəvət ediliblər.

Bakupost.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvət məktubları ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi Şahin Abdullayev tərəfindən iyulun 29-da xarici işlər nazirinin müavini Vəlid bin Əbdülkərim əl-Xiriciyə təqdim edilib.

Görüşdə, həmçinin iki ölkə arasındakı əlaqələr və onların bütün sahələrdə möhkəmləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar