Ru
11:55 / 10 Sentyabr 2019

Şeyx qan verdi - FOTO

3271
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam, Hacı Allahşükür Paşazadə və ailə üzvləri Aşura günü münasibətilə keçirilən qanvermə aksiyasında iştirak edib.

BakuPost-un məlumatına görə, qanvermədə QMİ sədri ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, deputat Səməd Seyidov və digər şəxslər, dini icmaların rəhbərləri də iştirak edib.

Qeyd edək ki, bu gün QMİ-nin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Aşura günü 28 şəhər və rayon üzrə 32 yerdə qanvermə aksiyası keçirilir. Aksiyalar saat 09:00-dan başlayıb.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, eyni zamanda, qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.
Şərhlər
  • Ya

    Onun 70 yawli qani kime lazim kiii?? O yawda donor olmaz...

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər