Ru
12:33 / 09 Dekabr 2025

Şeyxin sabiq mühafizəçisi Mənsimovun stadionunu aldı

Şeyxin sabiq mühafizəçisi Mənsimovun stadionunu aldı
Eye

Masallıda yerləşən Anatoli Banişevski adına stadionun kim tərəfindən satın alınması müəyyənləşib.

Bakupost.az “Teleqraf”a istinadən xəbər verir ki, stadionu satın alan şəxs yerli iş adamı Səxavəddin Sadıxovdur.

Əslən Masallıdan olan S.Sadıxov uzun müddət xüsusi xidmət orqanlarında çalışıb. İstefada olan polkovnik Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Mühafizə xidmətinin rəisi olub.

O, eyni zamanda Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Qeyd edək ki, sözügedən stadion 2012-ci ildən Mübariz Mənsimovun rəhbəri olduğu “Palmali”yə məxsus idi. 2014-cü ildən stadionda təmir məqsədilə söküntü işləri başlasa da, sonradan yarımçıq qalmışdı.


Şərhlər
  • Kolxoz Əhmədli

    Yer aləmi və elektron-çevikli informasiya küləyində siyasi-hüquq küləyi (dəllallığı) hər vasitə və materiyadan sürətlidir. Stadion bəlkə də, artıq halal sahibinə nəsib olub?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar