Ru
12:57 / 07 May 2026

Sığortada kəskin azalma: Səbəbkar Çin avtomobilləridir

Sığortada kəskin azalma: Səbəbkar Çin avtomobilləridir
Eye

Azərbaycanda mülki məsuliyyət sığortası üzrə sığorta haqlarında azalma baş verib.

Bu vəziyyət 2026-cı ilin yanvar-mart ayları üzrə olan göstəricilərdə qeydə alınıb. Rəsmi statistikaya görə, sığorta haqlarında azalma, ödənişlərdə isə ümumi sabitlik hökm sürür.

Məlumata əsasən, mülki məsuliyyət sığortası üzrə sığorta haqları ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz azalaraq 8,5 milyon manatdan 7,9 milyon manata düşüb. Sığorta ödənişləri isə dəyişməyərək 26 min manat səviyyəsində sabit qalıb.

Sığorta eksperti Şahin İsmayılov Bakupost.az-a bildirib ki, idxal edilən avtomobillərin sayının kəskin azalması mülki məsuliyyət sığortası üzrə sığorta haqlarının da azalmasına səbəb olub:

“2026-cı ilin əvvəlindən Çindən gətirilən avtomobillərə qoyulan ƏDV güzəştləri aradan qaldırılıb. Nəticədə ölkəyə gətirilən avtomobillərin sayında kəskin azalma var. Hazırda ölkə anbarları Çin avtomobillərilə dolub. Hansı ki, onlar qiymət fərqinə görə satılmır. Bu da öz növbəsində mülki məsuliyyət sığortası üzrə sığorta haqlarının azalmasına təsir göstərib”.

Sığorta ödənişlərinin sabit qalması isə həmsöhbətimizə görə, hadisələrin sayının çoxluğu ilə əlqədardır:

“Avtomobil satışı azalıb, icbari sığorta etdirənlərin də sayı müvafiq olaraq azalır. Amma hadisələrin çoxluğuna görə sığorta şirkətlərinin ödənişləri artır”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar