Kremlin təbliğatçısı, “Rossiya Seqodyna” telekanalının baş redaktoru Marqarita Simonyan xərçəng xəstəliyinə tutulub.
Bakupost.az "Teleqraf"a istinadən xəbər verir ki, Simonyana yaxın mənbə bu barədə “The Moscow Times”a bildirib.
Mənbənin sözlərinə görə, o, xərçəng xəstəliyinə tutulub və səhhətində çox ciddi problemlər var. Bildirilib ki, onun “Rosiya Seqodnya”da fəaliyyətini davam etdirməsi məsələsi həll edilir və onun getməsi variantı müzakirə olunur.
M.Simonyan bundan əvvəl canlı yayımda bildirmişdi ki, həkimlər ona dəhşətli və ciddi xəstəlik diaqnozu qoyublar. Kremlin təbliğatçısı əməliyyata ehtiyacın olduğunu deyərək, sinəsinin sol tərəfini göstərmişdi: “Mənə elə gəldi ki, bu gün efirə çıxıb həqiqəti deməliyəm, çünki tamaşaçıların saxta xəbərlərlə qidalanmasına imkan verməkdənsə, özümüzün həqiqəti söyləməsi həmişə daha yaxşıdır”.
45 yaşlı Marqarita Simonyan həkimlərin hansı xəstəlik diaqnozu qoyması barədə ətraflı məlumat verməmişdi.