Məhəmməd Mirzəli kimi üfunətli bir məxluqa məxsus “Made in Azərbaycan”ın fəaliyyətini 2021-ci ildə mənim təmsil etdiyim mərkəz araşdırmışdı. Bunu açıqca söyləmişik, bunlar böyük bir qrup halındadır. Məhəmməd Mirzəli öz tərcümeyi-halını səhvsiz yazacaq bir durumda deyil. Ancaq onun təmsil olunduğu qrup hibrid mübarizə texnologiyası ilə işləyir. İndi də süni informasiya texnologiyaları ilə təchiz ediliblər. Onlar daim dövlət əleyhinə kampaniyalar aparmaq, bölücülük salmaq və bu kimi təxribatlar yaratmaq, şərəfli və namuslu vətənpərvər insanları ləkələmək yolunu seçiblər.
Bakupost.az xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin rəhbəri, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevə guya “ata” deməsi haqda “Made in Azərbaycan” səhifəsinin yaydığı yalan haqda danışarkən Oxu24-ə açıqlamasında deyib.
“Oktyabrın ortalarında mənə qarşı onlar tərəfdən informasiya hücumu oldu. Sizi inandırıram ki, bu “ata” söhbəti küfr və cəfəngiyyatdır. Nə kiməsə o sözü demişik, nə də üzr məktubu olub... (Zahid Orucun guya Ramiz Mehdiyevə “ata” dediyi üçün üzr istədiyi yalanını da sözügedən səhifə yaymışdı - red.) Bütün bunlar uydurmadır və məni ləkələyib, gözdən salmağa yönəlmiş uğursuz cəhdlərdir. Həmin cəfəngiyyatı bu gün də onlar ayrı-ayrı deputatların - Novruz Aslan, Elnarə Akimova və başqalarının üzərindən yaymağa can atırlar. Mən də deyilənlərə kəskin etirazımı bildirdim. Məncə, etirazım yerində oldu və eşidildi də.
Məlumdur ki, Məhəmməd Mirzəli və onun üfunət yuvası, eləcə də digər onun kimilər xaricdən idarə olunan, Azərbaycan dövlətinin əleyhinə yönəlmiş böyük bir şəbəkədir. Müxtəlif platformalar və ayrı-ayrı hesablar yaradıblar. Xalça sistemi ilə hər bir ilmədə, hər kanalda yerləşiblər. İctimai fikrə nəyisə çıxarırlar, bilərəkdən cəmiyyəti çaşdırırlar. İyrənc vasitələrlə insanlar linç olunur.
Özləri də bilmədən bəzi adamlar onların qurduğu bu tələyə düşür. Onlar əllərindəki vasitələrlə utanmadan hər gün dövlətə, dövlət başçısına, onun ailəsinə çirkin çamurlar atırlar. Dövlətə və dövlət başçısına sədaqət göstərmək hər zaman borcumuzdur. Bunu hər yaşda, hər dönəmdə etməlisən. Xüsusilə də dövlət sistemində çalışmayanda... Ona görə də bizim üçün bu məsələlərdə onlarla, yüzlərlə həm media, həm də sadə vətəndaş rəyləri, mövqeləri çox önəmlidir. Onların qurduğu tələyə düşən insanlar o böhtanları legitimləşdirirlər.
“Laundramat” məsələsi də əvvəlcə Norveçin bir məhəlli qəzetinə sızdırıldı. Ordan digər qəzetlərə ötürüldü, sonra “Herald Tribun”a atıldı. Ordan da artıq bizim ölkənin mediasına gətirildi. Bununla da “legitimlik” statusu qazandı. Bu, bir fəlakətdir. Bu, informasiya məkanının zərbə altında olması deməkdir.
Onu iki fransız, bir alman idarə edir. Bu adamın (M.Mirzəli - red.) yazmaq qabiliyyəti, qələmi yoxdur. Baxın, əsasən qısa videolar paylaşır... Media məkanımız bu fonda hibrid və çarpaz atəş altında daxili geniş disskusiyalar şəraitində olardısa, bu halda kənardan o cür texnologiyalar effekt doğurmazdı. Onlar özlərinə auditoriya yığa bilməzdi”, - Zahid Oruc vurğulayıb.
Onsuz da Zahid Oruc heç vaxt gözdə olmayıb ki.indi gözdən düşsün.amma mehdiyevləonun sıxı yaxınlduğu şübhə doğurmayan haldır.