Ru
12:51 / 04 Noyabr 2026

Smartfonlarda peyk dövrü başlayır: Rabitə kəsilməyəcək

Smartfonlarda peyk dövrü başlayır: Rabitə kəsilməyəcək
Eye

“AT&T” və “AST SpaceMobile” şirkətləri adi smartfonların baza stansiyasından peyk şəbəkəsinə bağlantını kəsmədən keçidini uğurla sınaqdan keçiriblər.

“Bakupost” xəbər verir ki, ABŞ-nin Vaşinqton ştatında keçirilən sınaqda “Ericsson” və “Nokia” da texnoloji dəstək göstərib.

Texnologiyanın məqsədi istifadəçi baza stansiyasının əhatə dairəsindən çıxdıqda telefon danışığının və internet bağlantısının kəsilməsinin qarşısını almaqdır. Şəbəkələr arasında keçidin millisaniyələr ərzində baş verməsi hədəflənir.

Sistemin kənd yerlərində, uzun avtomobil yollarında və təbii fəlakətlər zamanı rabitə əlaqəsinin qorunmasına kömək edəcəyi gözlənilir. Geniş kommersiya istifadəsindən əvvəl əlavə sınaqlar keçiriləcək.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar