Ru
10:54 / 08 Fevral 2025

Şoltsdan Trampa CAVAB: "Bir neçə saat ərzində.."

Şoltsdan Trampa CAVAB: "Bir neçə saat ərzində.."
Eye

Almaniya Kansleri Olaf Şolts ABŞ Prezidenti Donald Trampın bir neçə ölkədən mallara rüsumlar tətbiq etmək niyyətini tənqid atəşinə tutub.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, O.Şolts bunu RND-yə müsahibəsində ABŞ-nin rüsumlarının ticarət müharibəsinə və dünya iqtisadi böhranına gətirib çıxara bilib-bilməyəcəyi barədə suala cavabında deyib.

O, qarşıdurmaya deyil, əməkdaşlığa ümid etdiyini vurğulayıb:

"Biz əlimizi uzadırıq, çünki rüsumlar heç kimə sərf etmir. Əgər ABŞ bu addımı atsa, Avropa Komissiyası bir neçə saat ərzində cavab verə biləcək".

Kansler hesab edir ki, dünya iqtisadiyyatına daha az ticarət əngəli lazımdır:

"Qloballaşma bütün dünyada rifahın xeyli artmasına gətirib çıxardı. Almaniya özünün ixrac sənayesi sayəsində bundan qazanır. Bundan sonra da belə qalmalıdır".

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar