Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 699 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan
Bakupost.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 700, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 23 120 nəfərdir.