Finlandiya prezidenti Aleksandr Stabb hesab edir ki, Qrеnlandiya məsələsinin ABŞ Prezidenti Donald Trampla saunada müzakirə ediməsi yaranmış gərginliyi yumşaltmağa kömək edə bilər.
Bakupost.az xəbər verir ki. bu barədə Stabb “Washington Post” ilə müsahibəsində bildirib.
Stabb vurğulayıb ki, Trampla əvvəlki əlaqələri qolf oyunu vasitəsilə yaxşılaşıb, hər ikisi bu idman növünün böyük pərəstişkarıdır: “Bəzən sadəcə bir az dayanmaq, saunaya getmək, yaxşı bir vanna qəbul etmək və sonra həll yolu tapmaq daha yaxşıdır. Əgər Prezident Trampı saunaya getməyə razı sala bilsəydik, nəyəsə nail olardıq. Diplomatiya qolfdan saunaya keçdi, niyə də olmasın?” – deyə Stubb əlavə edib.
O, həmçinin ümid etdiyini bildirib ki, Davosdakı Dünya İqtisadi Forumunda, bütün Avropa liderlərinin iştirak edəcəyi bir görüşdə, “çox mürəkkəb vəziyyətin” həlli mümkün olacaq.
Xatırladaq ki, Donald Tramp əvvəlcə ABŞ-nin Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveçdən 10% gömrük rüsumu əlavə edəcəyini və bunun tərəflər arasında Qrenlandiyanın tam və yekun alınmasına qədər qüvvədə qalacağını bildirmişdi. Tramp həmçinin NATO Baş Katibi Mark Rutte ilə telefon danışığı apararaq adanın vəziyyətini müzakirə edib və müxtəlif tərəflərlə görüşlərin Davosda keçiriləcəyini açıqlayıb.
Cavid, BakuPost