Ru
15:50 / 04 Mart 2026

Sualtı qayıq İran gəmisini batırdı – 100-dən çox itkin, onlarla yaralı var

Sualtı qayıq İran gəmisini batırdı – 100-dən çox itkin, onlarla yaralı var
Eye

Naməlum sualtı qayıq Şri-Lanka sahilləri yaxınlığında İran hərbi gəmisinə hücum edərək batırıb.

Bakupost.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Şri-Lanka donanma və müdafiə nazirliyi məlumat yayıb.

Məlumata görə, İran donanmasına məxsus “IRIS Dena” adlı gəmi Qalle şəhərinin cənubunda dəniz sularında sualtı qayıq hücumuna məruz qalıb və nəticədə batıb. Hadisə zamanı təxminən 101 nəfərin itkin olduğu bildirilir, azı 78 nəfər isə yaralanıb.

Şri-Lanka donanmasının sözçüsü “Reuters”ə açıqlamasında 101 nəfərin itkin düşməsi barədə xəbərin tam dəqiq olmadığını, hazırda 32 yaralının xilas edildiyini bildirib. Lakin digər mənbələr də xilas əməliyyatlarının davam etdiyini və sualtı hücumun hökumət tərəfindən araşdırıldığını vurğulayır.

İrana məxsus gəmi beynəlxalq sularda olduğu vaxt hücum nəticəsində zərbə alıb. Hücumun kim tərəfindən təşkil edildiyi hələlik rəsmi olaraq açıqlanmayıb və məsuliyyət iddiaları dəqiqləşdirilməyib. “Reuters” məlumatında qeyd olunur ki, heç bir ölkə rəsmisi hadisəyə dair rəsmi açıqlama verməyib.

Şri-Lankanın müdafiə nazirinin müavini Aruna Kayasekara xilasetmə əməliyyatlarının davam etdiyini və gəmi ekipajının bir hissəsinin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar