Sudanın şimalında qızıl mədəninin uçması nəticəsində altı nəfər həlak olub, 20 nəfərə yaxın insanın dağıntılar altında qalması ehtimal olunur.
Bakupost.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.
Faciə cümə günü Berber şəhərinin qərbində baş verib.
"Dağıntılar altında qalanların xilas edilməsi istiqamətində işlər davam etdirilir", - məlumatda bildirilib.
Hadisənin səbəbləri məlum deyil.