Sumqayıtda baş vermiş yol qəzası nəticəsində dünyasını dəyişənlərdən 4 nəfərinin şəxsiyyəti məlum olub.
Modern.az ONA-ya istinadən xəbər
verir ki, bunlar, Şabran sakinləri - 1987-ci il təvəllüdlü Nuriyev Vidadi
Mövlud oğlu, 1960-cı il təvəllüdlü Qasımov İlham Məmmədtağı oğlu, 1972-ci il
təvəllüdlü Məmmədov Amil Seyidbəy oğlu və 1974-cü il təvəllüdlü Musayev Saleh
Xəlil oğludur.
Həmin şəxslər "Mercedes"
markalı avtomobildə olub.
***
Sumqayıtda ağır yol qəzası baş verib.
BakuPost.az ONA-ya istinadən xəbər verir ki, "Shacman" markalı yük
maşını "Mercedes" markalı minik maşınını vuraraq üstünə çıxıb. Daha
sonra minik maşını dərəyə aşıb. Qəza nəticəsində "Mercedes"də olan 5
nəfər ölüb.
Qəzadan sonra onun idarə etdiyi yük
maşını da yoldan çıxıb və yaxınlıqdakı qəbiristanlığa girib. Sürücü düşüb
qaçmaq istəyərkən saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, Shacman"
markalı yük maşınının sürücüsü sükan arxasında sərxoş vəziyyətdə olub.
Qeyd edək ki, "Mercedes"
markalı avtomobildə olanlardan dördü bir ailənin üzvləri imiş və onlar əsgər
görüşündən qayıdırmış.