Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsindəki 1949-cu ildə tikilərək istifadəyə verilmiş iki mərtəbəli taxta evlərin bir hissəsi dağılıb, pilləkənlər qəzalı vəziyyətdədir.
Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, hazırda evlər tamamilə yararsız hala düşüb. Sakinlərin sözlərinə görə, həmin tikililərdə yaşamaq həyat üçün təhlükəyə çevrilib. Taxta konstruksiyalar çürüyüb, divarlar qopur, tavanlar çökür.
Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib ki, problemdən xəbərləri var. Bununla bağlı qısa vaxt ərzində ciddi addımlar atılacaq.
Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.