Ru
19:27 / 16 Sentyabr 2025

"Tağıyev" filminin üçüncü hissəsinin yayım tarixi məlum oldu

"Tağıyev" filminin üçüncü hissəsinin yayım tarixi məlum oldu
Eye

Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən "Tağıyev" filminin üçüncü hissəsinin yayım tarixi açıqlanıb.

Bakupost.az xəbər verir ki, "Tağıyev: Sona" adlanan üçüncü hissə oktyabrın 2-dən etibarən kinoteatrlarda nümayiş olunacaq.

Məlumat üçün bildirək ki, filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı isə Etibar Əsədlidir.

Ekran işində xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva da daxil olmaqla geniş peşəkar aktyor heyəti tarixi personajları canlandırıb.

Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar