Ru
19:09 / 16 Sentyabr 2025

İpoteka ilə ev almaq istəyənləri sevindirəcək xəbər - Bu ərazidə...

İpoteka ilə ev almaq istəyənləri sevindirəcək xəbər - Bu ərazidə...
Eye

İpoteka və Kredit Zəmanət Fondu vətəndaşların mənzil təminatını yaxşılaşdırmaq məqsədilə yeni tender elan edib.

Bakupost.az BAKU.WS-ə istinadla xəbər verir ki, bu məqsədlə "Satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması-2" adlı müsabiqə elan olunub.

Tenderin şərtlərinə əsasən, satın alınacaq mənzillər Prezidentin 25 yanvar 2019-cu il tarixli fərmanı ilə təsdiq edilən qaydalara uyğun olaraq vətəndaşlara kirayə əsasında satmaq öhdəliyi ilə təqdim olunacaq. Layihə Sumqayıt şəhərinin yaşayış massivlərini əhatə edir.

Ehtimal olunan qiyməti 200,4 milyon manat olan müsabiqə üzrə təchizatçıların təqdim edəcəyi yaşayış sahələrinin ümumi sahəsi 20 min kvadratmetrdən az olmamalıdır.

Bu tender vasitəsilə yüzlərlə ailənin daha əlçatan şərtlərlə mənzil sahibi olacağı gözlənilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar