Türkiyədə məşhur "Kızılcık Şerbeti" serialının ssenari müəllifi Merve Göntem barədə məhkəmənin qərarı açıqlanıb.
Bakupost.az xəbər verir ki, hakim onun məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılmasına qərar verib.
Xatırladaq ki, Merve Göntem ötən gün axşam, 4 il əvvəl verdiyi bir müsahibədəki açıqlamaları səbəbi ilə saxlanılmışdı. Ona qarşı "fahişəliyə təşviq və cinayətə təhrik" ittihamı irəli sürülmüşdü.