Ru
17:47 / 28 Aprel 2026

Tağıyev Rus Çarını fikrindən necə döndərdi? – Qızlar məktəbinə icazə vermirdi - VİDEO

Tağıyev Rus Çarını fikrindən necə döndərdi? – Qızlar məktəbinə icazə vermirdi - VİDEO
Eye

Tarix elmləri doktoru, dosent Fərhad Cabbarov ölkəmizin maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbinin yaranma tarixindən danışıb.

“Bakupost Tv”yə müsahibəsində tarixçi, məktəbin yaradılmasında Hacı Zeynalabdin Tağıyevin təşəbbüsündən və onun Rusiya imperator idarələrinin süründürməçiliyi ilə üzləşdiyi proseslərdən bəhs edib.

Onun sözlərinə görə, bu ideya 1896-cı ildə Çar II Nikolayın tacqoyma mərasimi ərəfəsində ortaya çıxıb:

“Hətta sonra Tağıyev təklif etdi ki, bu məktəbə çarın arvadı, imperatriça Aleksandra Fyodorovnanın adını versinlər.
Çar hökuməti istəyirdi ki, Tağıyev maliyyə vəsaiti versin, məktəbi tikdirsin, amma məktəbin idarəçiliyini hökumət özü aparsın.

Tağıyev əlbəttə buna etiraz etdi, bildirdi ki, məktəbi mən tikdirirəmsə, onun fəxri himayədarıyamsa, həm də məktəbin idarəçisi olmalıyam. Müəllimlərin, himayədarlar şurasının üzvlərinin də seçimi məndə olmalıdır”.

Tarixçi bildirib ki, hökumət buna çox ciddi şəkildə qarşı çıxır, hətta xüsusi bir layihə də hazırlanır:

“Son nəticədə rus məmurlardan biri Rusiyanın Təhsil Nazirliyinə bir məktub yazır və bildirir ki, Tağıyev çox inadkardır, ətrafına da özü kimi ziyalıları toplayır və onlar bu məsələnin üzərində dururlar ki, biz güzəştə getməyəcəyik. Düşünürəm, gərək biz güzəştə gedək və bunların istədiyinə imkan verək”.

Bundan sonra məktəbə qarşı çıxan digər qrupun – mühafizəkar dindarların razılığını almaq lazım olur.

Bəs uzaqgörən Hacı Zeynalabdin Tağıyev bunu necə bacarır?

Daha ətraflı videomaterialda:




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar