Ru
17:17 / 22 Yanvar 2020

Tanınmış həkim-idmançı Oqtay Mehtiyev də deputatlığa namizəddir

10494
Azərbaycan Milli Məclisinə bu il fevralın 9-a təyin olunan növbədənkənar parlament seçkilərində 62 saylı Saatlı Seçki Dairəsindən rayonun yetirməsi olan tanınmış həkim, peşəkar idmançı da namizədliyini verib.

Namizədliyi qeydə alınmış Azərbaycan Tibb Universitetinin müəllimi, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Oqtay Methiyev artıq təbliğat təşviqat kampaniyasına start verib.


Oqtay Hüseyn oğlu Mehtiyev 5 avqust 1970-ci ildə Saatlı rayonu Qara Nuru kəndində anadan olub. Orta məktəbə doğulduğu kənddə daxil olan O.Mehtiyev orta təhsilini 1987-ci ildə Bakıda respublika idman təmayüllü internat məktəbində qızıl medalla başa vurub. Elə həmin il Azərbaycan Tibb Universitetinin Stamotologiya fakültəsinə daxil olub, 1992-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildə Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyəsi kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlayan O.Mehtiyev 1996-cı ildə həmin kafedranın assisent vəzifəsinə təyin olunur. Hal-hazırda da həmin kafedranın müəllimi, universitetin Appelyasiya Komissiyasının üzvüdür. İki elmi ixtiranın müəllifidir, 20-dən çox elmi məqaləsi var.

O. Methiyev idman sahəsində də nailiyyətlər qazanıb. Gənclik illərindən idmanın kiq-boks növü üzrə uğurlu nəticələr əldə edən O.Methiyev 1998-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidentidir. İdman sahəsində bir çox nəticələr əldə edən O.Mehtiyev həmçinin idmanın bu növü üzrə beynəlxalq dərəcəli hakimdir. O.Mehtiyev Saatlı rayonunda, o cümlədən respublikanın tibb və idman sferasında yeksək nüfuza malikdir.


Şərhlər
  • Ramil nesirov

    Insallah sesimizi Vereceyik

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər